Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtobus sürücülərinin qanlı davası anbaan kameralara düşdü - VİDEO

Avtobus sürücülərinin qanlı davası anbaan kameralara düşdü - VİDEO

Tarix: 15 Yanvar 2024 20:42

Vladivostokun mərkəzində avtobus sürücüləri yolda baş verən insident üzündən əlbəyaxa dava ediblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, baş verən hadisə Newsbox24.tv Telegram kanalı tərəfindən yayımlanıb.

Görüntülər yanvarın 15-də səhər saatlarında Mərkəzi Meydan dayanacağında avtobuslardan birində olan sərnişinlər tərəfindən çəkilib. Hadisə şahidləri dava edən iki şəxsi ayırmağa nail olublar.

Telekanalın məlumatına görə, münaqişə videoda yaşıl gödəkçə geyinən sürücünün başqa bir avtobusun yolunu kəsərək onun qarşısında əyləc basmasından sonra başlayıb.

Vladivostok meriyası Telegram- da bildirib ki, davadan sonra şəhər administrasiyasının nəqliyyat departamenti yoxlama aparır, araşdırma başa çatandan sonra materiallar polisə təqdim olunacaq.

Milli.Az


Etiketlər:  Avtobus sürücülərinin qanlı davası anbaan kameralara düşdü VİDEO


RƏYLƏR