Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəsrinin geyimini tənqid etdi - "Əynində ucuz durur" - VİDEO

Nəsrinin geyimini tənqid etdi -

Tarix: 16 Yanvar 2024 13:34

Xəbər verdiyimiz kimi, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin "GQ" gecəsinə qatılarkən geyindiyi libas müzakirələrə səbəb olmuşdu.

Milli.Az axşam.az-a istinadən bildirir ki, saç ustası Kemal Doğulu "2. sayfa"nın buraxılışlarından birində libası tənqid edib. O, Nəsrinin geyimini "ucuz" adlandırıb:

"Bu kostyumdur, libas deyil. Teatrda, səhnədə nəsə olar, bu geyinilər. Düzdür, orası açıldı, burası bağlandı dövrü bitib, amma materialına görə əynində ucuz durur. Aşağıdakı dekoltesini sevdim, o zaman üstü bağlamalısan. Sinə dekolitəsi geyimi ucuzlaşdırır. Mənə görə, pulu önəmli deyil, keyfiyyətli görünməlidir. Bu qədər transparan olsa belə yaxşı görünməyin yolları var. Bu libası Gülşən (müğənni - red.) geyinsəydi, ona yaraşardı. Onda heç nə ucuz görsənmir. Çünki çox incədir. Nəsrin onun qədər incə deyil. Bir də Gülşənin aurası, enerjisi də fərqlidir. Xətlər də insanı yorur, ona görə də libası kostyuma çevrilir. Ümumiyyətlə məşhurların stilistləri olur. Onlar gedib modelyerlərdən alırlar. Bərabər qərar verirlər. Nəsrin bu geyimdə özünü bəyənib. Bəyənməsə, tədbirə gedib belə şou göstərər? Siz olsanız bəyənmədiyiniz libasla harasa gedərsiniz? Nəsrinin bu geyim üçün ürəyi gedib demək ki".

Qeyd edək ki, Kemal türkiyəli aktyor Kadir Doğulunun qardaşıdır.

Milli.Az


Etiketlər:  Nəsrinin geyimini tənqid etdi Əynində ucuz durur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ