Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2024 16:00
Almaniya kansleri Olaf Şolts ölkəsində keçirilən həndbol üzrə Avropa çempionatının matçını izləmək üçün getdiyi zalda fitə basılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, Almaniya - Şimali Makedoniya oyununa baxmaq üçün arenaya gedib.
Olaf Şolsun arenaya gəldiyi elan edilərkən azarkeşlər onu fitə basıb.
Almaniya Həndbol Assosasiyasının rəhbəri Aksel Kromer bu hadisə ilə bağlı açıqlama verib: "Çox təəssüf ki, azarkeşlər cənab Şoltsu fitə basdı. Ancaq başqa tərəfdən ümid edirəm ki, oyun onun xoşuna gəlib".