Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi” 997 oyunçudan 73-nü seçdi

“Neftçi” 997 oyunçudan 73-nü seçdi

Tarix: 16 Yanvar 2024 19:06

9-12 yanvar tarixləri arasında oyunçular öz yaş kateqoriyalarına uyğun olaraq qeydiyyatdan keçib məşqlərdə iştirak etdilər. Seçimlər 7-19 yaş aralığında olan futbolçular arasında keçirildi.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu "RİA Novosti"yə açıqlamasında "Neftçi" PFK Futbol Akademiyasının direktoru Camal Bülbül deyib.

"Bu müddət ərzində oyunçuları daha yaxşı analiz edə bilməyimiz üçün onlara daha çox zaman ayırmağa çalışdıq. Öncə kiçik qruplarda məşqlər keçildi, sonra isə daha böyük qruplarda öz aralarında oyunlar oynadılar. Bu məşqlərdə öz yaşlarına aid akademiya məşqçiləri və köməkçiləri, qapıçı üzrə məşqçilər, eləcə də akademiyanın koordinatoru Elşad Əhmədov və mən də yaxından iştirak etdik. Seçimlərdən sonra məşqçilər heyəti iclas keçirərək bəyənilən oyunçuların siyahısını müəyyənləşdirdi. Seçimlərdə ümumi olaraq 997 oyunçu iştirak etdi. "Neftçi"də çalışdığım müddətdə seçimlərdə bu sayda oyunçunun iştirak etdiyinin ilk dəfə şahidi olurdum. Seçimlərə qatılan 997 oyunçudan 73-ü bəyənildi. Müəyyən vaxtdan sonra həmin futbolçular komandaya uyğun olarsa, "Neftçi" akademiyasına lisenziya əldə edib, oyunçumuz adını qazana biləcəklər", - Bülbül bildirib.

Direktor akademiya olaraq bütün yaş qruplarına üstünlük verdiklərini vurğulayıb:

"Aşağı və yuxarı yaş qruplarında tələb etdiyimiz kriteriyalar müxtəlifdir. Aşağı yaş qruplarında çıxış edən oyunçularda təməl texniki bacarıqları və futbol zəkası bizim üçün üstünlük təşkil edir. Yuxarı yaş qruplarında isə daha çox taktiki özəllikləri, fiziki parametrləri və idman biliyinə diqqət yetiririk".


Etiketlər:  Neftçi oyunçudan seçdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ