Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2024 00:32
İspaniya millisinin sabiq üzvü İker Kasilyas Lionel Messinin FİFA tərəfindən təqdim edilən "The Best" mükafatına layiq görülməsinin doğru seçim olmadığını düşünür.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, veteran qapıçı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək FİFA-nı tənqid edib.
"Yaxşı mükafatlar yaradırsınız, amma ədalətli olmamaqla onu əlimizdən alırsınız. Bu daha çox zarafat kimi görünür. Gecəniz xeyrə qalsın" - deyə o bildirib.
Xatırladaq ki, "The Best" mükfatına Messidən başqa, Erlinq Haaland və Kilian Mbappe də namizəd idi.