Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pakistan XİN: İranın hava məkanımızı pozması iki günahsız uşağın ölümünə səbəb olub - YENİLƏNİB

Pakistan XİN: İranın hava məkanımızı pozması iki günahsız uşağın ölümünə səbəb olub - YENİLƏNİB

Tarix: 17 Yanvar 2024 07:36

******
07:35

İran silahlı qüvvələrinin Pakistanın hava məkanını əsassız şəkildə pozmasını və Pakistan ərazisi daxilində iki günahsız uşağın ölümü, üç qızın isə yaralanması ilə nəticələnən zərbəni qətiyyətlə pisləyirik. Pakistanın suverenliyinin bu şəkildə pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş bəyanatda deyilir.

Qeyd olunub ki, Pakistan və İran arasında bir neçə rabitə kanalının mövcudluğuna baxmayaraq, bu qanunsuz əməlin baş verməsi daha da narahatedicidir. Pakistanın sərt etirazı artıq İranın Xarici İşlər Nazirliyinin müvafiq yüksək vəzifəli rəsmisinə ünvanlanıb.

"Bundan əlavə, İranın müvəqqəti işlər vəkili Pakistanın suverenliyinin belə açıq şəkildə pozulmasını qəti şəkildə pislədiyimizi və bunun nəticələrinə görə məsuliyyətin tamamilə İranın üzərinə düşəcəyini bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə bəyanatda bildirilib.

Vurğulanıb ki, terrorizm koordinasiyalı fəaliyyət tələb edən bütün region ölkələri üçün ümumi təhlükədir. Bu cür birtərəfli hərəkətlər mehriban qonşuluq münasibətlərinə uyğun gəlmir və ikitərəfli etimadı ciddi şəkildə sarsıda bilər.

******

00:41

İran Silahlı Qüvvələrinin Pakistan ərazisinə zərbələri nəticəsində iki uşaq həlak olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Nəticədə iki məsum uşaq ölüb və üç qız yaralanıb", - sənəddə qeyd olunub.

Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu ("Sepah", İran Silahlı Qüvvələrinə daxildir) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Tehran iddia edib ki, hədəf oradakı "terror qruplaşmaları" olub.

Milli.Az


Etiketlər:  Pakistan XİN İranın hava məkanımızı pozması iki günahsız uşağın ölümünə səbəb olub YENİLƏNİB


RƏYLƏR