Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan parlamenti fərarilərlə bağlı qanun layihəsini qəbul edib

Ermənistan parlamenti fərarilərlə bağlı qanun layihəsini qəbul edib

Tarix: 17 Yanvar 2024 06:02

Ermənistan parlamenti fərarilərlə bağlı qanun layihəsini yekun oxunuşda qəbul edib.

Milli.Az APA-a istinadən xəbər verir ki, hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının üzvü Ayk Sarkisyanın hazırladığı qanun layihəsinə görə, hərbi xidmətdən yayınmış 27-37 yaş arası kişilər Ermənistanda ordusunda xidmət etməklə və ya büdcəyə müəyyən pul vəsaiti köçürməklə cinayət təqibindən yayına bilərlər.

Qanuna əsasən, onlar bir neçə variantda bunu edə biləcək: 12 ay xidmət etmək və 6,2 min dollar ödəmək, - 6 ay xidmət edib və 12,4 min dollar ödəmək, - 1 ay xidmət edib və 24,8 min dollar ödəmək, - yaxud - hərbi xidmət əvəzinə 37,5 min dollar birdəfəlik ödəmək.

Hakim partiya qanun layihəsinin qəbulunun fərariliyə görə axtarışda olan bir çox vətəndaşların vətənə qayıtmasına imkan verəcəyini, ordunun repatriantlarla təmin olunacağını və dövlət büdcəsinə əlavə vəsait daxil olacağını bildirib.

Milli.Az


Etiketlər:  Ermənistan parlamenti fərarilərlə bağlı qanun layihəsini qəbul edib


RƏYLƏR