Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Benzema Fransanın daxili işlər nazirini MƏHKƏMƏYƏ VERDİ

Benzema Fransanın daxili işlər nazirini MƏHKƏMƏYƏ VERDİ

Tarix: 17 Yanvar 2024 08:18

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun futbolçusu Kərim Benzema Fransanın daxili işlər naziri Cerald Darmanini futbolçunun "Müsəlman Qardaşlar" hərəkatı ilə əlaqəsi barədə dediyi sözlərə görə məhkəməyə verib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Oktyabr ayında fransalı hücumçu "X" sosial şəbəkəsində Qəzza xalqına dəstək yazısı yazmışdı. Nazir Darmanen forvardın bu paylaşımına "Müsəlman Qardaşları" ilə bədnam əlaqəsi olduğunu bildirərək cavab verib.

İddia ərizəsində deyilir ki, bu sözlər onun idmançı kimi şərəf və reputasiyasına xələl gətirir. Benzema iddia edir ki, bu təşkilatla heç vaxt zərrə qədər də əlaqəsi olmayıb və bildiyinə görə, onun üzvü olduğunu iddia edən heç kimi tanımır.

Dekabrın sonunda Benzema Səudiyyə Ərəbistanını tərk edib. O, "Əl İttihad"ın son məşqini buraxıb. Futbolçunun gedişinin səbəbləri barədə məlumat verilməyib. O da məzuniyyətdən sonra komandanın iclasına gəlməyib və cəzalandırılıb.

Benzema 2023-cü ilin iyununda "Əl İttihad"a keçib. Bu mövsüm hücumçu liqada 15 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Benzema son 14 il "Real Madrid"də çıxış edib. Forvard dörd dəfə İspaniya çempionu olub, üç dəfə İspaniya kubokunun qalibi olub və beş dəfə Çempionlar Liqasının qalibi olub.


Etiketlər:  Benzema Fransanın daxili işlər nazirini MƏHKƏMƏYƏ VERDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ