Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada 17 yaşlı azərbaycanlı saxlanıldı - VİDEO

Rusiyada 17 yaşlı azərbaycanlı saxlanıldı - VİDEO

Tarix: 17 Yanvar 2024 13:22

Rusiyanın Belqorod şəhərində yoldan keçənlərə hücum edən yeniyetmələrdən ibarət qrup polis tərəfindən saxlanılıb. 

Milli.Az unikal-a istinadən xəbər verir ki, altı nəfərdən ibarət olan dəstənin dördü azyaşlıdır. Hazırda dəstənin bir yetkin üzvü axtarışdadır.

Saxlanılan şəxslərdən biri  də Amil Qafarov adlı 17 yaşlı azərbaycanlıdır.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Milli mənsubiyyət zəminində nifrət və ya düşmənçiliyin salınması", "Bir qrup şəxs tərəfindən milli ədavət zəminində adam öldürməyə cəhd" və "xuliqanlıq" maddələri ilə cinayət işi başlanıb.

Cinayətdə əli olan hər kəsin axtarışı və istintaqı davam edir.

Milli.Az


Etiketlər:  Rusiyada yaşlı azərbaycanlı saxlanıldı VİDEO


RƏYLƏR