Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya üçün yeni təhlükə: 100% öldürən virus

Dünya üçün yeni təhlükə: 100% öldürən virus

Tarix: 17 Yanvar 2024 18:06

Çin alimləri 100% hallarda ölümə səbəb olan yeni virus yaradıblar.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Sözügedən virus koronavirus növlüdür. Artıq ona "öldürücü koronavirus" adı verilib.

Təcrübə Amerikanın Boston şəhərində və Pekin Kimya Texnologiyaları Universitetinin alimləri tərəfindən gələcəkdə viruslarla necə mübarizə aparmağı öyrənmək üçün onların tədqiqi çərçivəsində aparılıb.

Virus Malayziya panqolinlərində aşkar edilib. Təcrübələr zamanı mutant virus siçanların bədəninə köçürülüb.

Müşahidələr göstərib ki, yoluxmuş gəmiricilər 7-8 gün ərzində ölür, virus orqanları məhv edir.

Alimlər virusun hava yolu ilə də keçə biləcəyini müəyyən ediblər. İnfeksiyadan sonra ilk günlərdə gəmiricilər zəiflik hiss edir, arıqlayır, sonra gözləri ağarır və ölürlər.


Etiketlər:  Dünya üçün yeni təhlükə öldürən virus


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ