Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2024 23:24
"Süni intellekt 5 ildən sonra həyatımızı kökündən dəyişəcək".
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu fikri "Microsoft" şirkətinin qurucusu, milyarder Bill Qeyts Davos Ümumdünya İqtisadi Forumundakı çıxışında bildirib.
O, 1900-cü illərin əvvəlində dünya əhalisinin böyük bir hissəsinin kənd təsərrüfatı ilə məşğul olduğu bir zamanda, texnologiyaların insanlarda qorxu hissi yaratdığını yada salıb. Onu da əlavə edib ki, məhz həmin dövrdə yeni profilli iş yerləri meydana çıxıb.
Bildirib ki, süni intellekt vasitəsilə məşğulluğun ən müasir yönləri yaranacaq.
Qeyts bütün bu fəaliyyətləri tənzimləyəcək yüksəkixtisaslı kadrların vacibliyini də diqqətə çatdırıb. .