Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mbappedən sensasion açıqlama: Avropanı tərk edir?

Mbappedən sensasion açıqlama: Avropanı tərk edir?

Tarix: 18 Yanvar 2024 18:34

PSJ-nin hücumçusu Kilian Mbappe gələcəkdə Avropadan kənarda oynaya biləcəyinə işarə edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Futbol tarixini yazan bir çox böyük oyunçular keçən yay Avropanı tərk etdilər. Biz yeni dövrə qədəm qoyuruq. Bir gün getmək növbəsi mənə də çatacaq.

Mən bu dəyişikliklərdən narahat deyiləm. Mən sadəcə karyeram və öz yolum haqqında düşünürəm", Mbappe GQ-ya müsahibəsində deyib.

25 yaşlı fransızın parislilərlə hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır. Futbolçunu transfer etməyə əsas namizədlər "Real" və "Liverpul"dur.

Milli.Az


Etiketlər:  Mbappedən sensasion açıqlama Avropanı tərk edir


RƏYLƏR