Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2024 21:28
Teleqram tərtibatçıları bir sıra yeni funksiyalar əlavə edən tətbiqin yeni versiyasını təqdim ediblər.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Durov Code" nəşri məlumat yayıb.
Bildirilib ki, yeni versiyada ödənişli "Telegram Premium" abunəsi sahibləri üçün indi daxil olan mesajları məhdudlaşdırmaq mümkündür.
Məsələn, mesajların yalnız telefon kitabçanızdakı kontaktlardan gəldiyinə əmin ola bilərsiniz. Digər istifadəçilər sizə heç nə göndərə bilməyəcəklər.
Bəzi məxfilik parametrlərində də dəyişiklik olub. Yenilik ondan ibarətdir ki, indi çatlarda siz alıcının mesajı tam olaraq nə vaxt oxuduğunu görə bilərsiniz.