Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uğursuz cinsiyyət böyütmə əməliyyatına görə həkimi məhkəməyə verir

Uğursuz cinsiyyət böyütmə əməliyyatına görə həkimi məhkəməyə verir

Tarix: 19 Yanvar 2024 16:10

Türkiyədən İlter Türkmen uğursuz əməliyyatdan sonra cinsiyyət orqanının bir santimetr kiçildiyi iddiası ilə həkimi məhkəməyə verib. O, böyük məbləğ qarşısında bu cür biabırçılığa görə həkimin hüquqi müstəvidə cavab verməsini və təzminat ödəməsini tələb edir.

Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, Tekirdağdan olan varlı bankir həkimdən (Haluk Söyləməz) cinsiyyət orqanını və ətrafını uzatmağı nəzərdə tutan əməliyyat etməsini istəyib. Lakin əməliyyat sonunda onun cinsiyyət orqanı kiçilib. Buna görə o, həkimdən 500 000 lirə (28,200 Azn) təzminat tələb edir.

Zərərçəkmiş iddia edir ki, həkim ona orqanın həm uzunluq, həm də həcmini 3 sm artıracağını vəd edib. Lakin iki uğursuz prosedurdan sonra onun cinsiyyət orqanı əvvəlkindən bir santimetr az olub. Bankirin vəkilləri 1-ci Mülki Məhkəmənin hakiminə müvəkillərinin bir aydır dözülməz ağrılarla mübarizə apardığını, normal yeriyə bilmədiyini bildiriblər.

Həkim özü isə bankirin cinsiyyət orqanının əvvəlcə 11 sm uzunluqda olduğunu iddia edir. O, xəstənin anatomik xüsusiyyətlərinə görə cinsiyyət orqanını böyütməyin mümkün olmadığını etiraf edir, lakin heç bir səhv etmədiyinə dair təkid edir.

Söyləməz məhkəmədə "Mənim həyata keçirdiyim prosedurda heç bir anlaşılmazlıq yoxdur"-deyə bildirib.

Həkim müdaxilədən sonra xəstənin cinsiyyət orqanının uzunluğu və ya ətrafı ilə bağlı heç vaxt zəmanət vermədiyini də vurğulayır. O, bankiri qanunsuz maliyyə təzminatı almaq istəməkdə ittiham edib.

Maraqlı məhkəmə prosesi hələ də davam edir. Hər iki tərəf yerli mətbuata şərh verməkdən imtina edir.


Etiketlər:  Uğursuz cinsiyyət böyütmə əməliyyatına görə həkimi məhkəməyə verir


RƏYLƏR