Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2024 07:56
Türkiyədə Sivaslı-Uşak magistral yolunun Uşak şəhərindən keçən hissəsində hərəkətdə olan mikroavtobusun geriyə dönməyə cəhd edən avtomobilə çırpılması yeddi nəfərin yaralanması ilə nəticələnib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Telekanal bildirib ki, zərbənin gücündən avtomobil yoldan çıxaraq tarlaya aşıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları, polis, jandarm və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunub.
Məlumata görə, hadisədə yaralanmış yeddi nəfərdən dördü avtomobildə, üçü isə mikroavtobusda olub.