Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə iştirak edəcək

Ceyhun Bayramov təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə iştirak edəcək

Tarix: 12 Noyabr 2019 18:56

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil naziri Ceyhun Bayramov YUNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində noyabrın 13-də keçiriləcək təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə iştirak etmək məqsədilə Parisdə rəsmi səfərdədir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə YUNESKO-ya üzv dövlətlərin təhsil üzrə rəhbər şəxsləri, təhsil üzrə ixtisaslaşmış regional və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Səfər çərçivəsində C.Bayramovun YUNESKO Baş Direktorunun təhsil üzrə müavini Stefani Giannini ilə görüşü, eləcə də YUNESKO-nun “Ələddin” layihəsi və Holokost Muzeyinin Fransanın Təhsil Nazirliyi ilə birgə təşkil edəcəyi “Məktəblər və ekstremizim, vəsvəsə və dözümsüzlük çağırışları: müvəffəqiyyət və uğursuzluqlar; bu halların qarşısının alınması üçün hansı effektiv strategiyalar mövcuddur?” adlı tədbirdə iştirakı planlaşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ceyhun Bayramov təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə iştirak edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ