Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sibel Can Şəhidlər xiyabanını ziyarət etdi - FOTOlar

Sibel Can Şəhidlər xiyabanını ziyarət etdi - FOTOlar

Tarix: 20 Yanvar 2024 19:25

Türkiyəli məşhur müğənni Sibel Can Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, iş adamı Ruhiyyə Əliyeva ilə birgə Şəhidlər xiyabanına gəlib.

Kövrək anlar yaşayan ifaçı Bakıdakı "Türk şəhidliyi" abidəsinə də baş çəkib.

Müğənni jurnalistlərə açıqlamasında 20 Yanvar faciəsinin heç zaman unudulmayacağını dilə gətirib:

"Mütləq ziyarət etməli idim. Yoxsa rahat olmazdım. Allah bizə elə anları bir də yaşatmasın. Ruhları şad olsun. Heç vaxt unudulmayacaqlar.

Dostum Ruhi xanımın sayəsində ziyarətim baş tutdu. Bakıya gələndə fürsət düşdükcə belə ziyarətlərimin olmasını istəyirəm. Bu, çox ağırdır. Hər birinin məkanı cənnətdir".

"Əbədi acıdır. Acı unudulmur, getdikcə böyüyür. Bir qədər öncə şəhidlərdən birinin yaxınını gördüm. Çox pis oldum. Arzum budur ki, heç zaman qan tökülməsin. Müharibə olmasın. Ruhları şad olsun", - deyə sənətçi sonda əlavə edib.

Milli.Az


Etiketlər:  Sibel Can Şəhidlər xiyabanını ziyarət etdi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ