Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2024 10:24
Pakistanda hüquq-mühafizə orqanları əməliyyat keçirərək qadağan olunmuş "Təhrik-e-Taliban" qruplaşmasının ən çox axtarılan terrorçusunu həbs edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat verib.
Həbs edilən şəxsin "Əmjad" ləqəbli Əbdül Qaffar olduğunu və ondan partlayıcı maddələrin götürüldüyünü bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, saxlanılan şəxs qadağan olunmuş silahlı qruplaşmanın komandiri, "Müfti" ləqəbli Məhəmməd Əlinin yaxın adamı olub.
Hüquq-mühafizə orqanlarının sözçüsü bildirib ki, saxlanılan şəxs 2011-ci ilin oktyabrında Abdulla Şah Qazi ziyarətgahında terror aktını planlaşdırmaqda iştirak edib. Məlumatda qruplaşmanınn Çeçenistandan iki, Azərbaycandan bir və Kəraçidən iki yerli sakin də daxil olmaqla beş kamikadzedən ibarət olduğu bildirilir.