Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2024 14:06
Fransız fermerlər ölkə boyu etiraz aksiyalarına çıxıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Limoj şəhərində traktorçular prefektura binasının yaxınlığına zibil, peyin və təkər atıblar. Qurumun girişilə üzbəüz böyük bir tullantı dağı əmələ gəlib.
Fransanın cənubunda, Oksitaniya bölgəsində fermerlər kənd təsərrüfatı texnikası ilə magistral yolları bağlayıblar. Nəticədə Tuluza ətrafındakı bütün əsas marşrutlar qapanıb. Yollarda tonqallar yandırılır, traktorlardan ibarət cərgələr düzülür.
Fermerlər bunun başlanğıc olduğunu və etirazların daha da güclənəcəyini vəd edirlər.