Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiya ABŞ-dan 24 “F-35” qırıcısı alacaq

Çexiya ABŞ-dan 24 “F-35” qırıcısı alacaq

Tarix: 22 Yanvar 2024 07:56

Çexiya martın sonuna kimi ABŞ-la 24 ədəd "F-35" qırıcısının alınmasına dair müqavilə bağlayacaq.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə CTK xəbər agentliyi məlumat yayıb.

Qırıcı təyyarələrin alınması ilə bağlı qərar Çexiya hökuməti tərəfindən ötən ilin sentyabrında təsdiqlənib. Məlumata görə, müqavilənin ümumi dəyəri təxminən 6,5 milyard dollar təşkil edəcək. Bu, Çexiya ordusunun tarixində ən böyük maliyyə əməliyyatı olacaq.

Çexiya Hərbi Hava Qüvvələrində "F-35"lər İsveçdən icarəyə götürülmüş "JAS-39 Gripen" qırıcılarını əvəz etməlidir.


Etiketlər:  Çexiya ABŞ qırıcısı alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ