Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2024 08:24
Suriyanın şərqindəki Əl-Ömər neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb. Kanlın məlumatına görə, hərbi obyektin ərazisində bir neçə partlayış baş verib, partlayış səsləri ətrafda aydın eşidilib.
Hücuma görə məsuliyyəti İraq İslami Müqaviməti hərəkatı üzərinə götürüb. Qurumun Telegram kanalında yaydığı bəyanatda deyilir ki, onun döyüşçüləri hücumu "Qəzza zolağında fələstinlilərin qırğınına cavab olaraq" həyata keçirib. Mətndə deyilir ki, "hərəkat həm İraqda, həm də qonşu ölkələrdə Amerika işğalçı qüvvələrinə qarşı mübarizəni davam etdirəcək".
Bundan əvvəl Suriyanın Hasəkə əyalətinin cənubunda, Əl-Cəbbis neft yatağının yaxınlığında yerləşən ABŞ bazası üzərində kamikadze pilotsuz təyyarələr peyda olub. Hava hücumundan müdafiə sistemləri onlara atəş açdı. Hücumun nəticələri barədə məlumat verilmir.