Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2024 09:10
"Bu hadisə may aylarına təsadüf eləmişdi. Qızımı "gürzə" ilanı sancdı. 10 gün övladımla xəstəxananın reanimasiya şöbəsində ölüm-itim mübarizəsi apardım. O zamanlar başım qızıma qarışmışdı. Sən demə həyat yoldaşım evimdə eşq yaşayırmış".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva qonaq olduğu "Günaydın, Azərbaycan!" verilişində deyib.
Sənətçi bildirib ki, əri qardaşının baldızı ilə eşq yaşayıb:
"Ondan soruşanda ki, niyə bunları etdin, mənə cavab verdi ki, sənin başın övladına qarışmışdı. O övladı mən ata evindən gətirməmişdim ki...".