Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nigar Şabanova: ''Qızıma o travmanı yaşada bilməzdim'' - VİDEO

Nigar Şabanova: ''Qızıma o travmanı yaşada bilməzdim'' - VİDEO

Tarix: 22 Yanvar 2024 10:05

"Qızım Nəfsəni gerçəkləri bilə-bilə böyüdürəm. Ona gələcəkdə travma yaşatmaq istəmirəm. O gerçək valideynlərinə, atasına ata, anasına ana deyir. Mənə də ana deyir".

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu "Günaydın, Azərbaycan!" verilişində deyib.

Qardaşının qızını körpə yaşlarından övladlığa götürən Nigar bildirib ki, bacısı oğlunu 14 yaşına kimi öz evində böyüdüb:

"Mən övladlığa götürdüyüm qızımın gerçək valideynlərinin kimliyini gizlədərək travma yaşatmaq istəmirəm. Birinci onu, sonra da özümü fikirləşmişəm. Mən bu yükün altından qalxa bilməzdim. Mən onsuz da onlar üçün yaşayıram. İstəyirəm ki, elədiklərim onların halal xoşları olsun. Bacımın oğlunu 14 yaşına kimi mən böyütmüşəm. Min dəfə halal xoşu olsun. O, bir həftə əvvəl əşyalarını toplayıb yanımdan getdi valideynlərinin evinə yaşamağa. Böyütdüm onu sağ-salamat. Darıxıram... Artıq ona çox öyrəşmişəm. Evin içində olurdu. Biz çox mehriban ailəyik".


Etiketlər:  Nigar Şabanova Qızıma travmanı yaşada bilməzdim VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ