Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2024 11:42
Cənubi Koreyanın baş naziri Han Dak Sunun bazar günü COVID-19 üçün verdiyi test müsbət çıxıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundan qayıtdıqdan iki gün sonra hökumət başçısında koronavirus aşkarlanıb.
Məlumdur ki, siyasətçi gələn həftənin rəsmi tədbirlərini, o cümlədən çərşənbə axşamı, yanvarın 23-də Nazirlər Kabinetinin iclasında iştirakını ləğv edib. İclasa baş nazirin müavini Çoy Sanq-Mokun sədrlik edəcəyi gözlənilir.
Han Dak Sunun özü isə gələn həftəni evdə keçirmək və məsələlərə telefonla nəzarət etmək niyyətindədir.