Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2024 13:18
İsrail ordusu Qəzzada quru əməliyyatı zamanı buldozerlərlə çoxlu məzarları dağıdıb, məzar daşlarını sındırıb və bəzi cəsədləri eksqumasiya edib.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə CNN telekanalı xəbər yayıb.
Telekanalın məlumatına əsasən, qəbirstanlıqların dağıdılması və cəsədlərin çıxardılması CNN-in peyk şəkilləri və video klipləri əsasında apardığı araşdırma nəticəsində aşkarlanıb. İsrail ordusunun Qəzzada ən azı 16 qəbiristanlığı yerlə-yeksan etdiyi bildirilir.
Telekanal həmçinin qəbiristanlıqlar kimi dini obyektlərin qəsdən dağıdılması və hərbi hədəfə çevrilməsinin beynəlxalq hüququn pozulması olduğunu təsdiqləyən bəzi hüquq ekspertlərinin açıqlamalarına yer ayırıb.
Ekspertlər izah ediblər ki, İsrailin hərəkətləri "cinayət" sayıla bilər. İsrail ordusunun sözçüsü, ordunun Qəzzada bəzi qəbirlər qazdığını təsdiqləyib və bunun israilli girovların orada dəfn edilib-edilmədiyini öyrənmək üçün edildiyini bildirib.
İsrail sözçüsü, İslami Müqavimət Hərəkatının (Həmas) qəbiristanlıqlardan "hərbi məqsədlər üçün" istifadə etdiyini iddia edərək, ordunun "qəbiristanlıqları hədəfə almaqdan başqa çarəsi olmadığını" əlavə edib.