Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Olimpiada qalibi olmuş məşhur idmançı vəfat etdi

Olimpiada qalibi olmuş məşhur idmançı vəfat etdi

Tarix: 22 Yanvar 2024 18:10

SSRİ yığmasının heyətində 1972-ci ildə Yay Olimpiya Oyunlarının qalibi olmuş Anatoli Polivoda vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

O, 76 yaşında dünyasını dəyişib. Anatoli Polivoda 1967-ci ildə SSRİ millisi ilə dünya, 1967, 1969 və 1971-ci illərdə Avropa çempionu olub.

Hazırda 1972-ci ildə SSRİ yığmasının heyətində olimpiadanın qalibi olmuş iki basketbolçu sağdır. Bunlar İvan Yedeşko və Modestas Paulauskasdır.

Milli.Az


Etiketlər:  Olimpiada qalibi olmuş məşhur idmançı vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ