Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrina Şeyk Tom Bradi ilə Parisdə - FOTOlar

İrina Şeyk Tom Bradi ilə Parisdə - FOTOlar

Tarix: 22 Yanvar 2024 22:48

Nyu-Yorkda Tom Bradi ilə görüşündən cəmi bir neçə gün sonra tatar əsilli dünyaca məşhur model İrina Şeyk bu dəfə Parisdə yeni yoldaşı, britaniyalı yarış pilotu Lyuis Hamiltonun yanında görüntülənib.

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, məşhurlar "sevgi şəhəri"nə şam yeməyinə getmək üçün birlikdə dəbdəbəli avtomobilə minərkən paparassilərin obyektivinə yaxalanıblar.

İrina artıq onun üçün ənənəvi qara "total look" ("təpədən-dırnağa" kimi qara rəngdə) geyim geyinib.

Şeyk üzərinə dərin dekolteli kofta, mini ətək, "tayt", bağlı ayaqqabı və həcmli dəri palto geyinib. Onun görünüşünün yeganə diqqət çəkən detalı qırmızı "Chanel" markasına məxsus əl çantası olub. Podium ulduzu, imicini tamamlamaq üçün aksesuar olaraq böyük halqa sırğalardan istifadə edib.
Lyuis Hamiltona gədikdə isə ağ pencək, geniş qəhvəyi şalvar və "look"una uyğun idman ayaqqabısı geyinib. 

Qeyd edək ki, tatar model və Formula 1 ulduzu artıq bir neçə dəfə birlikdə görüntülənib. Bir vaxtlar onların romantik münasibətdə olduqları haqda şayiələr yayılsa da, zaman keçdikcə bu söz-söhbətlər səngiyib. Keçən il Jerar Pike ilə qalmaqallı ayrıldıqdan sonra Lyuis Şakira ilə münasibətdə olmaqda şübhəli bilinib və İrina başqa bir idmançı, futbolçu Tom Bredi ilə görüşməyə başlayıb. Bir həftədən az bir müddət əvvəlsl cütlük "Brasserie Fouquet's New York" restoranında bir axşam keçirib.


Etiketlər:  İrina Şeyk Bradi ilə Parisdə FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ