Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2019 00:12
"Mançester Siti"inn rəhbərliyi komandanın heyətini gücləndirmək üçün transferlərə 100 milyon funt-sterlinq pul ayıracaq.
Qol.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, buna səbəb "şəhərlilər"in çempionluq uğrunda mübarizədə əsas rəqibi olan "Liverpul"a rəqabətdə geri qalmasıdır. Transferlərin qış və ya yay transfer pəncərəsində olacağı dəqiqləşməyib. Ancaq baş məşçqi Pep Qvardiolanın mərkəz müdafiəçisi və Serxio Aqueronu əvəzləyəcək hücumçu transfer istədiyi bildirilib.
Qeyd edək ki, "Mançester Siti" Premyer Liqada lider “Liverpul”dan 9 xal az - 25 xalla 4-cü pillədə qərarlaşıb.