Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2024 14:15
Aşıq Zülfiyyə İbadova açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, sənətçi müğənni oğlu Babəklə qonaq olduğu "Rəngarəng səhər" verilişində qazandığı pullardan danışıb.
Aşıq bildirib ki, toylardan və məclislərdən qazandığı qonorarı əlində saxlamır:
"Mən evdə çox tapılmıram. Evdə çox pul saxlamıram. Əlimdə pul varsa, onu banka qoyuram və nəsə bir şeylər alıram".
Zülfiyyənin oğlu Babək isə pulla bağlı bunları söyləyib:
"Hazırda öz evimi təmir edirəm. Bir otağın təmirini yekunlaşdırıb, digərinə keçirəm. Pulların əksəriyyətini də indi təmirə xərcləyirəm. Toylardan qazandığım pulu isə evdə saxlayıram. Kassada, yoxsa yorğan-döşək altında, onu artıq mən bilirəm. Üzərimdə pul gəzdirmirəm".