Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2024 14:58
"Real Madrid"in "Almeriya"ya 3-2 hesabı ilə qalib gəldiyi matçda meydana buraxılmadığı üçün baş məşqçi Karlo Ançelottiyə etiraz edən Arda Güler icarəyə göndərilə bilər.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, Arda heyətdə yer aldığı son 3 matçda meydana çıxmayıb. "El Gol Digital"ın məlumatına görə, Ançelotti Ardanı sərt reaksiyasına görə cəzalandıracaq. Məlumatada qeyd edilir ki, ona hansı cəzanın veriləcəyi məlum deyil və Arda "Real Madrid" kimi komandada forma şansı əldə etməyin asan olmadığını başa düşməlidir. Ardanın "Real Sosyedad" klubuna icarəyə göndərilə biləcəyi iddia edilib.
Qeyd edək ki, "Real Madrid"in "Almeriya"ya 3-2 hesabı ilə qalib gəldiyi matçda oyuna buraxılmadığı üçün məyus olan Arda jiletini çıxararaq yerə atıb.