Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aktrisanın mühəndis oğlu faciəvi şəkildə öldü - FOTO

Aktrisanın mühəndis oğlu faciəvi şəkildə öldü - FOTO

Tarix: 23 Yanvar 2024 15:30

Məşhur türkiyəli ifaçı, aktrisa Hülya Yiğitalpın oğlu aerokosmik mühəndis Yiğit Tokbey ABŞ-də qəza keçirərək dünyasını dəyişib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki,  "SpaceX" şirkətində baş uçuş mühəndisi vəzifəsində çalışan Tokbeyin ölümünə səbəb olan qəza ilə bağlı araşdırmalara başlanılıb.

Məlumata görə, 31 yaşlı Yiğit Tokbey 17 yanvar çərşənbə günü axşam Kaliforniyanın Orcutt bölgəsində baş verən motosiklet qəzasında həyatını itirib.

Hülya Yiğitalp və iş adamı Rıfat Tokbeyin üç övladından biri olan Yiğit Tokbeyin cənazəsi prosedurlar tamamlandıqdan sonra Adanada dəfn olunmaq üçün Türkiyəyə gətiriləcək.

Milli.Az


Etiketlər:  Aktrisanın mühəndis oğlu faciəvi şəkildə öldü FOTO


RƏYLƏR