Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' Arda barədə qəti qərarını verdi

''Real'' Arda barədə qəti qərarını verdi

Tarix: 24 Yanvar 2024 12:40

"Real Madrid"in futbolçusu Arda Gülerin əsas heyətdə yer ala bilmədiyi üçün başqa komandaya icarəyə gedə biləcəyi iddia edilir.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "Real Madrid"in "Almeriya"nı 3:2 hesabı ilə məğlub etdiyi matçda oyuna daxil olmadığı üçün isinmə jiletini yerə ataraq baş məşqçi Karlo Ançelottiyə etiraz edən Ardanın davanışı müzakirələrə səbəb olub. Türkiyəli jurnalist Candaş Tolqa Işık məsələ ilə bağlı Arda Gülerin ətrafı ilə əlaqə saxlayıb. Arda Gülerin icarəyə getmək istəmədiyi bildirilib. "Real Madrid"də Ardanı icarəyə göndərmək istəmir.

"Arda Gülerin komandası ilə indicə danışdım, Ardanın daha çox oyun vaxtı tələbi var, amma "Real Madrid" icarə məsələsini qəti şəkildə rədd edir. Baş məşqçi də Ardanın zamanla uyğunlaşmasının tərəfdarıdır və onu icarəyə göndərmək istəmirlər" - jurnalist Candaş Tolqa Işık yazıb.

Milli.Az


Etiketlər:  Real Arda barədə qəti qərarını verdi


RƏYLƏR