Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada əsirləri daşıyan təyyarə qəzaya düşdü: xeyli ölən var - YENİLƏNİB - VİDEO - FOTO

Rusiyada əsirləri daşıyan təyyarə qəzaya düşdü: xeyli ölən var - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 24 Yanvar 2024 14:58

14:40

"Hərbi əsirləri daşıyan İl-76 təyyarəsi Belqorod vilayətində 3 raketlə vurulub".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov deyib. 

Onun sözlərinə görə, təyyarə ya "Patriot", ya "IRIS T" zenit-raket komplekslərinin raketləri ilə vurulub: "Ukrayna rəhbərliyi planlaşdırılan mübadilə barədə bilirdi. Ölkə əsirlərin necə aparılacağı barədə məlumatlandırılmışdı, lakin təyyarə ya "Patriot", ya da Almaniya istehsalı "IRIS T" raketləri ilə vurulub. Bunu mütəxəssislər ayırd edəcəklər".

Kartapolov, həmçinin qeyd edib ki, vurulan təyyarənin ardınca daha 80 əsiri daşıyan başqa bir İl-76 təyyarəsi gedirmiş. Sözügedən təyyarə vaxtında geri qaytarılıb.

--------

13:38

Milli.Az


Etiketlər:  Rusiyada əsirləri daşıyan təyyarə qəzaya düşdü xeyli ölən var YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR