Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Röyanı heç belə görməmisiniz - Dava-dalaş VİDEOsu

Röyanı heç belə görməmisiniz - Dava-dalaş VİDEOsu

Tarix: 24 Yanvar 2024 16:05

"Maşın şou" layihəsinin yenidən başlayıb-başlamayacağı haqda son günlər sosial şəbəkələrdə geniş müzakirələr aparılır. Müzakirələrin getdiyi ərəfədə şounun arxiv kadrları da tez-tez paylaşılır. 

Bu dəfə Xalq artisti Röya Ayxanın iştirak etdiyi "Maşın şou"dan görüntülər paylaşılıb.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, görüntülərdə R.Ayxan müğənni Ayaz Qasımovla mübahisə edir və hisslərini cilovlaya bilməyib qışqıra-qışqıra danışır. 

Videoda Röyanın nə dediyini tam ayırd etmək çətindir.

Röya Ayaz Qasımova təxminən bu sözləri deyir: "Mən səninlə rəqabət etmirəm, sənin nəyinlə rəqabət edim, buna ehtiyacım yoxdur, sən bunu başa düşmürsən?! Sən mənim rəqibim deyilsən!"

Röya bu sözləri qışqıra-qışqıra, az qala ağlayaraq söyləyir.

Görüntülər qısa zaman ərzində müxtəlif platformalarda yayılaraq müzakirələrə səbəb olub.

Həmin kadrları təqdim edirik: 

Milli.Az


Etiketlər:  Röyanı heç belə görməmisiniz Dava dalaş VİDEOsu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ