Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pentaqondan İl-76-nın qəzaya uğramasına reaksiya

Pentaqondan İl-76-nın qəzaya uğramasına reaksiya

Tarix: 24 Yanvar 2024 23:06

Pentaqon Belqorod vilayətində İl-76-nın qəzaya uğraması ilə bağlı şərh verməyib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan Pentaqon rəsmisi şərh verməkdən çəkinib.

O, ünvanlanan suala cavabında iki ölkə arasında hərbi əsir mübadiləsindən xəbərsiz olduğunu vurğulayıb:

"Təəssüf ki, mənim bu məsələdə təklif edə biləcəyim heç bir şey yoxdur".

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Duması göyərtəsində 65 ukraynalı hərbi əsirin və 9 ekipaj üzvünün olduğu deyilən təyyarənin Xarkov vilayətindən vurulduğunu bildirib.


Etiketlər:  Pentaqondan nın qəzaya uğramasına reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ