Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2024 23:10
İran Prezidenti İbrahim Rəisinin Ankaraya səfəri zamanı Türkiyə ilə ticarət-iqtisadi əlaqələrin inkişafı məqsədi ilə əməkdaşlığa dair on sənəd imzalanıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Əməkdaşlıq sazişləri dəmir yolları, energetika, birgə kommersiya zonaları və kommunikasiyalar kimi müxtəlif sahələri əhatə edir.
Rəisi və Ərdoğan regional məsələləri, xüsusilə də Qəzzada müharibənin nəticələrini, həmçinin ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün atılacaq addımları müzakirə ediblər.