Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siqaret çəkə-çəkə yatan şəxs yanaraq öldü

Siqaret çəkə-çəkə yatan şəxs yanaraq öldü

Tarix: 26 Yanvar 2024 01:16

Moskvanın mərkəzində yaşayış binasında ölümlə nəticələnən yanğın baş verib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, yanğın yanvarın 23-də axşam saatlarında Protopopovski prospektində yerləşən binanın mənzilində qeydə alınıb. 

Məlumata görə, 60 yaşlı kişi evdə yandırdığı siqaretlə yuxuya gedib. Bu isə evdə yanğına səbəb olub. Yanğın nəticəsində mənzil sahibi və iti ölüb. Heyvanın meyiti dəhlizdə tapılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb, prosesin gedişi Meşçanski Rayonlararası Prokurorluğu tərəfindən nəzarətə götürülüb. Moskva prokurorluğunun mətbuat xidməti qeyd edib ki, yanğının səbəbi ekspertlər tərəfindən yanğın-texniki ekspertiza zamanı müəyyən ediləcək.


Etiketlər:  Siqaret çəkə çəkə yatan şəxs yanaraq öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ