Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərəblərin növbəti planı: Avropada bu klubları hədəfə aldılar

Ərəblərin növbəti planı: Avropada bu klubları hədəfə aldılar

Tarix: 26 Yanvar 2024 11:48

Səudiyyə Ərəbistanının kral ailəsinin üzvü, şahzadə Abdullah Saad Əbdüləziz Əl Səud bu ölkənin suveren fondu vasitəsilə daha bir klub ala biləcəklərini bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, hədəflərinin Fransa çempionatında olduğunu, "Marsel" və ya "Monako"nun mümkün alışı haqda danışıb:

"Bu, yaxşı investisiyadır. "Marsel" və "Monako" yaxşı çıxış edir. Fransa çempionluğunu qazanmağa qadirdirlər. Bu komandalardan birini almaqda qeyri-mümkün heç nə yoxdur".

"Monako"nun sahibi hazırda rusiyalı milyarder Dmitri Rıbolovlevdir. O, səhmlərin 66%-nə sahibdir. Jurnalist Ben Yacobsun məlumatına görə, Rıbolevlev knyazlıq klubundakı payını 1 milyard avro dəyərində qiymətləndirir. O, klubun səhmlərinin əksəriyyətini 130 milyon avroya alıb.

Milli.Az


Etiketlər:  Ərəblərin növbəti planı Avropada bu klubları hədəfə aldılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ