Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2024 12:40
Lətifə Soyuöz də xaker hücumlarına məruz qalan sənətçilər sırasına qatılıb.
Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, bu haqda müğənni "instagram" hesabında məlumat verib.
Belə ki, sənətçi, brendinə məxsus olan biznes səhifəsinin bağlandığını izləyicilər ilə bölüşüb:
"Səhifəmiz xaker hücumundan dolayı bağlanmışdır. Müvəqqəti narahatçılığa görə üzr istəyirəm. Yaxın zamanda aktiv profilimizdə hamınızı gözləyirik" deyə müğənni bildirib.
Lətifə əlavə edib ki, qısa zamanda səhifəni qaytara bilib:
"Hazırda profil özümdə olsa da, heç bir paylaşım qalmayıb".