Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2024 13:25
Xəbər verdiyimiz kimi, ötən gün "Atv" kanalında yayımlanan "Bizimləsən" proqramı aparıcı Zaur Baxşəliyev özünü pis hiss etdiyi üçün yarımçıq dayandırılıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aparıcı bununla bağlı sosial media hesabında paylaşım edib. Zaur hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb:
"Dünən çox narahat idim. Səhhətimdəki problemlə bağlı verilişi dayandırmaq məcburiyyətində qaldım. Gördüm ki, təzyiqim o qədər yüksəlib ki, proqramı aparmaq mümkün deyil .Bu gün yenidən sizinlə bərabər olacayıq. Dünən sadəcə yarımçıq dayandıqmaq məcburiyyətində idim. Diqqətinizə, sevginizə, dualarınıza görə çox sağolun. Sevən-sevməyən hər kəsə minnətdaram. Allah heç kimi sağlamlığı ilə sınağa şəkməsin".