Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2024 19:30
"40 saylı Gəncə üçüncü seçki dairəsı 38 seçki məntəqəsini əhatə edir. Bu dairə üzrə qeydiyyatda olan 51 min 100 nəfər seçici fevralın 7-də səsvermə prosesində iştirak edəcək. Seçicilərimizdən 3 122 nəfəri ilk dəfə səs verənlər, 993 nəfəri isə 80-100 yaşları aralığında olan şəxslərdir. İndiyə qədər seçki dairəsində 438 müşahidəçi qeydiyyata alınıb".
Sonxeber.net xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında 40 saylı Gəncə üçüncü dairə seçki komissiyasının (DSK) sədri Elbar Əhmədov məlumat verib.
Məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlərin keçirildiyini deyən DSK sədri qeyd edib ki, onlara seçki günü prosesləri, müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması, yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilir.
DSK sədri seçki məntəqələrinin seçkiyə tam hazır vəziyyətdə olduğunu diqqətə çatdırıb: "Məntəqələrlə bağlı bütün texniki məsələlər həll olunub. 10 məntəqədə veb-kameralar quraşdırılıb. Mütəmadi olaraq bütün məntəqələrlə əlaqə saxlanılır".