Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makrona "soyuq duş": Rədd edildi

Makrona

Tarix: 26 Yanvar 2024 20:22

Fransa Konstitusiya Məhkəməsi Prezident Emmanuel Makronun yeni miqrasiya qanununu ayrı-seçkilik hesab edərək ləğv edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hakimlər Makronun radikal millətçi partiyasının nümayəndələri ilə razılaşdırdığı miqrantların sadələşdirilmiş deportasiyası haqda qanunun mətninin ölkə konstitusiyasına zidd olduğunu bildiriblər.

"El Pais" nəşri qanun layihəsinin mətninin radikal millətçilərin tarixi "milli üstünlük" şüarı üzərində yazıldığını vurğulayır.

Bundan əlavə, məhkəmə əcnəbilərin əsas sosial müavinətlərə çıxışının məhdudlaşdırılmasını ayrı-seçkilik tədbiri kimi qiymətləndirib.

Məhkəmənin qərarından bir müddət əvvəl Parisdə "arzuolunmaz əcnəbilər"in deportasiyasını asanlaşdıracaq yeni qanuna etiraz aksiyaları keçirilib. Fransızlar Makronu "sağa getmək"də ittiham ediblər.

Milli.Az


Etiketlər:  Makrona soyuq duş Rədd edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ