Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2024 09:00
Rusiyadan Ukrayna vasitəsilə Avropaya qaz idxalı razılaşması bu ilin sonunda başa çatır. AB müqavilənin uzadılmasından imtina edəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, hətta Rusiya tədarükündən ən çox asılı olan ölkələr, o cümlədən Avstriya və Slovakiya, müqavilədən imtina ediləcəyi təqdirdə alternativ təchizat tapa biləcəklər.
"Avropa Komissiyası tranzit sazişinin sona çatması nəticəsində yarana biləcək potensial ssenarilərin ilkin təhlilini həyata keçirib, o cümlədən "Türk axını" kimi digər əlaqələrin imkanlarının modelləşdirilməsi, hər hansı çatışmazlıqların aradan qaldırılmasına köməklik göstərib", - nəşr vurğulayıb.
Mənbələrin bildirdiyinə görə, Brüsseldə sözügedən məsələ fevral ayında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, 2023-cü ildə Rusiyanın "Qazprom" şirkəti Avropaya 28,3 milyard kubmetr qaz göndərib.
Yanvarın 24-də də Slovakiyanın Baş naziri Robert Fiko açıqlamasında Ukrayna ərazisindən qaz nəqlinin dayandırıla biləcəyini bəyan edib.