Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2024 11:22
"Azərbaycanda seçkiöncəsi vəziyyət müsbətdir".
Sonxeber.net xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri, qazi Rey Kərimoğlu seçki prosesini şərh edərkən deyib. O bildirib ki, seçki prosesi qanunla tənzimlənir və hazırda proses seçki qaydalarına uyğun davam edir.
"Prezidentliyə namizədlər üçün qanunla müəyyən edilən bütün hüquqlar tanınır və onların təşviqatı üçün lazımı şərait yaradılıb", - deyə o əlavə edib.
Rey Kərimoğlu vurğulayıb ki, prezident seçkilərinin keçirilməsinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var: "Çünki ilk dəfədir ki, seçkilər Azərbaycanın tam suveren ərazisində keçiriləcək".
Qeyd edək ki, Rey Kərimoğlu Beynəlxalq Avrasiya Mətbuat Fondunun seçkilərdə müşahidəçi kimi iştirak edəcək heyətinə daxildir.