Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qiyamətə hazırlıq başladı

Qiyamətə hazırlıq başladı

Tarix: 27 Yanvar 2024 18:06

Nüvə müharibəsi başlasa, hər şeyin məhv olacağını düşünən tədqiqatçılar İsveçrədə Alp dağlarında xüsusi sığınacaq inşa ediblər.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, 60 milyon məlumat "super" disklərə yazılıb və yerin 300 metr altında gizlədilib.

Sözügedən əraziyə xüsusi dəvətlə gedən İngiltərənin "The Sun" qəzetinin müxbiri sığınacaq içərisində yeraltı tunellər, laboratoriyalar və miniatür dəmir yolu olduğunu yazıb. Disklərin sığınacaqdakı "Hagerbach" qalereyasında saxlandığı bildirilib.

Layihəni həyata keçirən "Arch Mission Foundation"ın rəhbəri Nova Spivack, "Dünyada geoloji fəlakət, kosmik enerji partlayışı, nüvə müharibəsi və ya bio apokalipsis olarsa, bu disklər sığortamız olacaq" deyib.

Əbədi qala bilən və sarsılmaz olan bu disklər min dərəcə istiyə də davamlıdır.

Həmçinin bu disklərin tutumu insan beyninə bərabərdir.

Alp dağlarındakı disklərdə nano lazerlərlə həkk olunmuş məlumatlar, "Vikipediya" və "Rosetta" dil arxivləri var.

Hər qitədə oxşar anbarlar yaratmağı hədəflənir.

7,5 santimetrlik disklərin Aya, Marsa, Veneraya və Yerə yaxın asteroidlərə göndərilməsi planlaşdırılır.

Milli.Az


Etiketlər:  Qiyamətə hazırlıq başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ