Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2024 06:10
ABŞ-ın İsveçin NATO-ya üzvlüyünü təsdiq edən Prezident Rəcəb Tayyib Ərdoğanın fərmanının rəsmi qəzetdə dərc olunmasını qeyri-kafi hesab etməsi ilə bağlı iddiaları təkzib edilib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyasından bəyanat verilib.
"ABŞ BMT Nizamnaməsi, Beynəlxalq Atom Enerjisi Agentliyi və NATO daxil olmaqla 200-dən çox çoxtərəfli sazişin depozitar ölkəsidir. Müqavilələrin əsl mətnlərini təqdim edir və onların düzgün imzalanmasına kömək edir.
Depozitar ölkə də sazişlərin ratifikasiyası kimi sənədlər alır", - administrasiyanın bəyanatında bildirilib.
Qeyd edək ki, daha öncə ABŞ-ın qəzetdə yayılan fərmanı qeyri-kafi hesab etdiyi və sənədin əslini istəməsi ilə bağlı xəbərlər yayılıb.