Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail ordusu şübhəli hava hədəfini ƏLƏ KEÇİRDİ

İsrail ordusu şübhəli hava hədəfini ƏLƏ KEÇİRDİ

Tarix: 28 Yanvar 2024 07:00

Livan istiqamətindən uçan şübhəli hava hədəfi İsrail hərbçiləri tərəfindən ələ keçirilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.

"İDF Hava Hücumundan Müdafiə Qüvvələri Livan ərazisindən İsrail ərazisinə yaxınlaşdığı iddia edilən şübhəli hava hədəfini uğurla ələ keçirib", - bəyanatda deyilir.

Qeyd edilib ki, gün ərzində Livandan İsrailin şimalına doğru çoxsaylı atışlar müşahidə edilib.

Eyni zamanda, yanvarın 27-də İDF döyüşçüləri Livanda bir sıra Hizbullah obyektlərinə, o cümlədən Blida, Mərvahine və Ait əş-Şaab bölgələrində hərbi post və hərbi kompleksə zərbələr endirib.

Milli.Az


Etiketlər:  İsrail ordusu şübhəli hava hədəfini ƏLƏ KEÇİRDİ


RƏYLƏR