Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Agentlik aktyorları səhv saldı: Tom Hollander külli miqdarda qonorar aldı

Agentlik aktyorları səhv saldı: Tom Hollander külli miqdarda qonorar aldı

Tarix: 28 Yanvar 2024 09:22

İngilis aktyor Tom Hollander heç vaxt çəkilmədiyi "Avengers" filmləri üçün qonorar aldığını deyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, aktyor bu hadisə barədə "Set Meyers ilə axşam şousu" verilişi zamanı danışıb.

Məlum olub ki, onu Tom Hollandla səhv salıblar.

Qeyd olunub ki, Hollander və Hollandın eyni aktyor agentliyi ilə müqavilələri var, ona görə də mühasibatlıq şöbəsi sadəcə olaraq sənətçiləri səhv salıb.

Hollanderin sözlərinə görə, ona köçürülən yeddi rəqəmli məbləğ filmin kassa mədaxilindən Hollanda ödənilməli olan bonusun birinci hissəsi olub.

Hollander həmçinin etiraf edib ki, 30 ilə yaxın yaş fərqinə baxmayaraq, Holland ilə onu çox vaxt səhv salırlar.

Milli.Az


Etiketlər:  Agentlik aktyorları səhv saldı Tom Hollander külli miqdarda qonorar aldı


RƏYLƏR