Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır - Hesabat

Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır - Hesabat

Tarix: 28 Yanvar 2024 18:28

Beynəlxalq reytinq agentliyi "Fitç Reytinq" (Fitch Ratings) Ermənistan iqtisadiyyatının ticarət və energetika sahəsində Rusiyadan güclü asılılığını bəyan edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, agentlik İrəvanla Moskva arasında münasibətlərin gərgin olaraq qaldığını qeyd etməklə yanaşı, yaxın gələcəkdə Rusiyadan ciddi diversifikasiya gözləmir.

"2021-ci ildən bəri Rusiyaya mal ixracı təxminən 300 faiz artıb və 2023-cü ilin ilk üç rübündə Ermənistanın ixracının 51 faizi, idxalının isə 30 faizi Rusiyanın payına düşüb", - hesabatda qeyd edilib.

Reytinq agentliyi Cənubi Qafqazda geosiyasi risklər barədə də xəbərdarlıq edib. "Fitç" analitikləri bildiriblər ki, 2023-cü ilin sentyabr hadisələrindən sonra Ermənistan Azərbaycanla sülh sazişi bağlamağa çalışır:

"Fikrimizcə, geosiyasi risklər hələ də qalmaqdadır, çünki iki ölkə arasında bir sıra mübahisəli məsələlər, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Ermənistanın ərazisindən keçəcək Naxçıvan arasında açıq quru əlaqəsi və bəzi ərazilərdə sərhədlərin müəyyənləşdirilməsi məsələsi qalır".

Ekspertlər Ermənistanın iqtisadi göstəriciləri ilə bağlı bəzi pessimist proqnozlar da veriblər:

"Xarici valyutada ifadə olunan dövlət borcunun yüksək (azalmaqda olsa da) payı, nisbətən zəif xarici maliyyələşdirmə və maliyyə sektorunun yüksək dollarlaşması müşahidə olunur.

Büdcə kəsiri 2024-cü ildə müvəqqəti olaraq 4,5 faizə yüksələcək.

"Fitç"in daha zəif dramla bağlı gözləntiləri 2024-2025-ci illərdə orta hesabla 3,9 faiz olmaqla daha yüksək inflyasiyaya səbəb olacaq".

Milli.Az


Etiketlər:  Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır Hesabat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ