Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Burak Yılmazın yeni iş yeri bilindi

Burak Yılmazın yeni iş yeri bilindi

Tarix: 28 Yanvar 2024 21:26

Türkiyəli mütəxəssis Burak Yılmazın yeni iş yeri müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, "Kayserispor"a baş məşqçi təyin olunub.

Bu barədə klubun saytı məlumat yayıb. 38 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Burak Yılmazın son klubu "Beşiktaş" olub. O, ötən ilin oktyabrında Şenol Güneşin istefa verməsindən sonra 1 ay komandaya rəhbərlik edib.

Əlavə edək ki, "Kayserispor" hazırda Türkiyə Superliqasının turnir cədvəlində 26 xalla 12-cidir.

Milli.Az


Etiketlər:  Burak Yılmazın yeni yeri bilindi


RƏYLƏR